Cari ilin yanvar-mart aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 1 milyard 308,7 milyon manat olub.
Bakı şəhər Statistika İdarəsindən bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 256,3 milyon manatlıq xidmət göstərilib, bu da xidmətlərin ümumi dəyərinin 96 faizini təşkil edib.