Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,49 dollar artaraq 112,39 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,51 dollar bahalaşaraq 109,77 dollar olub.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,1 dollar artaraq 119,04 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.