İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın may nömrəsində bildirilir ki, cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 965,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən illə müqayisədə 268,6 milyon ABŞ dolları və ya 38,5 faiz artıb.