Gürcüstanın Milli Statistika Xidməti inflyasiya və qiymət artımı ilə bağlı illik və aylıq icmal dərc edib. İcmala əsaəsn, ölkədə apreldə illik inflyasiya 12,8% təşkil edib. Aylıq inflyasiya artımı isə mart ayı ilə müqayisədə 1,8% olub. İl ərzində ən çox qiymət artımı nəqliyyat sektorunda qeydə alınıb: (22,4%). Bundan sonra qida və alkoqolsuz içkilər (21,3%); mənzil, su, elektrik enerjisi, qaz (9,4%) gəlir. Təkcə son bir ayda geyim və ayaqqabı 4,9 faiz, nəqliyyat 3,7 faiz, ərzaq və alkoqolsuz içkilər 3,3 faiz bahalaşıb.
İl ərzində qiymətləri ən çox artan məhsullar:
- tərəvəz- 42,6%;
- çörək və un məhsulları - 28,8%;
- sərinləşdirici içkilər - 24,1%;
- günəbaxan yağı və piy - 20,8%;
- şəkər, mürəbbə və digər şirniyyatlar - 19,3%;
- balıq məhsulları - 18,9%;
- süd, pendir, yumurta - 18,0%;
- qəhvə, çay, kakao - 17,6%;
- meyvə - 14,4%;
- ət və ət məhsulları - 109%.