Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 28-ci iclasında gündəlik neft hasilatının iyunda 432 min barel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib. İyun ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 7 min barel artırılaraq 695 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 23 min barel həcmində olması nəzərdə tutulur.