Çin xarici ticarəti dəstəkləmək üçün ixrac vergisi güzəştlərini artıracaq

2022.05.05 13:43 (UTC+04:00)

Çinin Dövlət Vergi Administrasiyası və digər aidiyyəti dövlət orqanlarının birgə yaydığı təlimat sənədində bildirilir ki, xarici ticarət təşkilatlarına daha güclü dəstək vermək üçün ixrac vergisi güzəştləri daha çox tətbiq olunacaq. Təlimat ixrac vergisinin qaytarılması siyasətinin təkmilləşdirilməsi və icra prosedurlarının sadələşdirilməsinə aid tədbirləri təsvir edir. Təlimata əsasən, ixrac kredit sığortası ilə ixrac vergisinin qaytarılması siyasətləri arasında əlaqənin gücləndirilməsi və ticarət firmaları üçün vergi güzəştləri siyasətlərinin təkmilləşdirilməsi istiqamətində addımlar atılacaq.

İxrac vergisinin qaytarılması prosedurlarını daha da sadələşdirmək üçün ölkədə məlumat mübadiləsini artırmaq, eləcə də gömrük, vergi və digər departamentlər arasında əlaqələri tənzimləmək istiqamətində aparılan işlər sürətləndiriləcək. İxtisaslaşmış e-ticarət müəssisələrini ixrac vergilərinin geri qaytarılmasını aktiv şəkildə tələb etməyə təşviq etməklə, transsərhəd şirkətlərə dəstək üçün də səylər göstəriləcək. Dövlət Şurasının aprel ayının əvvəlində keçirilən iclasında xarici ticarətin inkişafına dəstək məqsədilə ixrac vergisi güzəştlərinin artırılması qərara alınmışdı. Daha yaxşı kredit imkanı olan şirkətlər gömrük rəsmiləşdirilməsinin və vergilərin qaytarılmasının asanlaşdırılmasından daha çox faydalanacaqlar.