“Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik ediləcək

2022.05.04 16:48 (UTC+04:00)

Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi ilə əlaqədar “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik ediləcək. Bu barədə məsələ Milli Məclisin aprelin 5-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Deputatlar “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsinə ikinci oxunuşda münasibət bildirəcəklər.

Qanun layihəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Qanun layihəsi Azərbaycan Respublikasının 2021-ci il 24 dekabr tarixli 446-VIQD nömrəli Qanunun icrasına əsasən hazırlanıb.