Cari ilin üç ayında qaz hasilatında 1,2 faiz artım olub

2022.05.04 14:58 (UTC+04:00)

SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 2022-ci ilin yanvar-mart aylarında 1,6 milyon tondan çox neft hasil edilib.

Bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

“Plan 102 faiz yerinə yetirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 0,8 faizdir. Cari ilin 3 ayında isə 1,6 milyard kubmetrə yaxın qaz hasil edilib ki, bu da planın 101,5 faiz əməl edilməsi deməkdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım tempi 1,2 faizdir”, - deyə məlumatda qeyd edilib.