Avropada inflyasiya göstəriciləri yeni rekordlar vurur

2022.05.04 12:05 (UTC+04:00)

Almaniyanın Federal Statistika İdarəsinin yaydığı açıqlamada ölkədə inflyasiyanın mart ayındakı 7,3 faizdən apreldə 7,4 faizə yüksəldiyi bildirilib ki, bu da 40 ilin ən yüksək göstəricisidir. Almaniyada analoji yüksək inflyasiya rəqəmi sonuncu dəfə 1981-ci ildə Körfəz müharibəsi zamanı qeydə alınmışdı.

İqtisadçılar 2022-ci il üçün orta inflyasiyanın 6,1 faiz olacağını proqnozlaşdırsalar da, Avropada enerji böhranının dərinləşəcəyi təqdirdə inflyasiya rəqəmlərinin yaxın aylarda daha da arta biləcəyi istisna edilmir.

Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) aprel ayı üzrə açıqladığı illik inflyasiya rəqəmlərinə görə, Fransa da inflyasiya göstəricisi 5,4 faizə çataraq 1986-cı ildən bəri ən yüksək səviyyədə olub.