Özəl və dövlətə məxsus ixracatçı subyektlərin ixracla bağlı reytinqi tərtib edilib

2022.04.30 10:34 (UTC+04:00)

“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə cari ilin yanvar-mart aylarında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel sayında bildirilir ki, üç ay üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda təmsil olan şirkətlərə “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Aqrovest” MMC, “Çinar Aqro” MMC, “Mors Trading” MMC, “STP Alüminium” MMC, “Product Service” MMC, “ZR-78 Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC daxildir.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıdakı şirkətlər arasında “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərenerji” ATSC, Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “AzerGold” QSC, “Azəripək” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Geofizika və Geologiya İdarəsi”, Naxçıvan MR Dövlət Energetika Xidməti var.