Martda Azərbaycandan MDB ölkələrinə 110,8 milyon dollarlıq məhsul göndərilib

2022.04.29 16:13 (UTC+04:00)

Cari ilin martında Azərbaycandan MDB ölkələrinə 110 milyon 856 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd edilən dövrdə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 248 milyon 149 min dollar olub.