Ölkə iqtisadiyyatının şaxələndirilməsi və ixrac potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 2022-ci ilin ilk rübündə qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% artaraq 727,2 mln. dollara çatıb.
Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.