Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

2022.04.29 12:40 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov aprelin 29-da keçirdiyi mətbuat konfransında deyib.

Taleh Kazımov qeyd edib ki, uçot dərəcəsi 7,75 faiz, dəhlizin aşağı həddi 6,25 faiz, yuxarı həddi isə 9,25 faiz səviyyəsində saxlanılıb. Uçot dərəcəsinə dair qərar inflyasiyanın mövcud dinamikası, ötən iclasdan bəri inflyasiyanın risklər balansında baş vermiş dəyişikliklər, inflyasiyanın ortamüddətli proqnozu və gözləntiləri nəzərə alınmaqla verilib.