Cari ilin yanvar-mart aylarında magistral qaz kəmərləri ilə 10 milyard 769,6 milyon kubmetr qaz nəql edilib. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,7 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qazın nəqlinin 46,7 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 5 milyard 26,1 milyon kubmetr qaz ötürülüb.