Ötən ay avtomobil nəqliyyatı ilə ölkədən 141,9 min ton yük göndərilib

2022.04.28 16:36 (UTC+04:00)

Martda Azərbaycandan avtomobil nəqliyyatı ilə 141 min 947 ton yük ixrac edilib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, keçən ay ərzində bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 248 min 960 ton olub.