Qlobal pandemiya dünya iqtisadiyyatına mənfi təsiri göstərsə də, bir çox sahələrə, o cümlədən yeni bilik və bacarıqların inkişafına, rəqəmsallaşmanın sürətlənməsinə təkan verib.
Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda təşkil olunan müzakirə zamanı deyib.
O bildirib ki, hesablamalara görə bəzi sahələr üzrə rəqəmsallaşma 10 dəfəyədək sürətlənib və rəqəmsal iqtisadiyyatın ölçüsü qlobal ÜDM-in 15 faizə qədərini əhatələyir. Bu gün dünyada ticarətin təxminən 12 faizi internet üzərindən aparılır. 30 ildə bu rəqəmin 80 faizə çatacağı proqnozlaşdırılır.