Amerikalı sahibkar İlon Musk “Twitter”i 44 milyard dollara satın alıb. Bu barədə “Twitter”in press-relizində məlumat verilib. Qeyd edilib ki, hər səhmin qiyməti 54,2 dollar olmaqla "Twitter, Inc.” şirkətinin bütövlükdə Elon Maska məxsus olması barədə razılaşma əldə edilib.
Bildirilib ki, tranzaksiya başa çatdıqdan sonra “Twitter” qeyri-ictimai şirkətə çevriləcək. “Twitter”in idarə heyətinin müstəqil direktoru Bret Taylor deyib: “Twitter”in direktorlar şurası İ.Maskın təklifini qiymətləndirmək üçün diqqəti xərc, zəmanət və maliyyələşdirməyə yönəldərək düşünülmüş və əhatəli prosesi başa çatdırıb”. Taylor bu sövdələşməni şirkətin səhmdarları üçün “ən yaxşı yol” adlandırıb.
Qeyd edək ki, İ.Mask daha əvvəl “Twitter”i ictimai şirkətdən qeyri-ictimai şirkətə çevirmək niyyətində olduğunu açıqlamışdı. “Twitter” qeyri-ictimai şirkətə çevriləndən sonra onun səhmləri yalnız özəl və ya birjadankənar qaydada satıla və ya dəyişdirilə bilər.