Ağdam Sənaye Parkında rezidentlərin sayı 7-yə çatıb

2022.04.27 17:07 (UTC+04:00)

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun paylaşımında bildirilir. "Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb. “Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulataların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək", - iqtisadiyyat naziri qeyd edib.