2020-ci il iyun ayından bu il aprelin 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib. Mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6.290 müraciətdən 5.010-u üzrə müsbət qərarlar qəbul edilib. Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 mln. manat olub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bu haqda paylaşım edib.