Bu haqda iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb: "İran İslam Respublikasının xarici işlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri ilə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri barədə müzakirə apardıq. Ticarət əlaqələrinin genişləndirilməsi imkanlarını nəzərdən keçirdik".