SOCAR istiqrazlarının növbəti ödənişi reallaşacaq

2022.04.26 17:32 (UTC+04:00)

Beşillik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti – ikinci kupon ödənişi mayın 4-də reallaşacaq.

Şirkətdən bildirilib ki, SOCAR istiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1,125 milyon dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək. Bununla da investorların ümumi qazancı 2,25 milyon dollara yüksəlmiş olacaq. Qarşıda daha 18 kupon ödənişi və 20,25 milyon dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.