Birinci rübdə Azərbaycanda ən çox idxal əməliyyatları fevralda aparılıb.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, üç ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi fevralda, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, fevralda idxal əməliyyatlarının dəyəri 997,6 milyon ABŞ dolları, martda isə 952,4 milyon dollar təşkil edib.
Qeyd edək ki, yanvar-mart aylarında idxalın dəyəri 2 milyard 927,1 milyon dollar olub.