İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatı tərəfindən Türkiyənin İstanbul şəhərində təşkil olunmuş “Türk İnvestisiya Fondunun yaradılması Saziş”i layihəsi üzrə müzakirələrdə iştirak edib.
Müzakirələr Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilib. Tədbir iki gün davam edib və ümumilikdə saziş layihəsinin bütün müddəaları nəzərdən keçirilərək qarşılıqlı fikir mübadiləsi aparılıb. Dövlət Vergi Xidmətinin ekspertləri layihənin vergitutmaya aid müddəaları ilə bağlı müvafiq şərhlər verib və həmin müddəaların təkmilləşdirilməsini təklif ediblər.
Saziş layihəsi üzrə danışıqların davam etdirilməsi üçün növbəti görüşün qısa zamanda təşkili barədə qərar qəbul olunub.