Yanvar-mart aylarında Azərbaycanda ticarət əməliyyatlarının dəyəri 10 milyard 908 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ticarət əməliyyatlarının 2 milyard 927,1 milyon dolları idxalın, 7 milyard 980,2 milyon dolları isə ixracın payına düşüb.