2021-ci ildə Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin həcmi COVID-19 pandemiyasından əvvəlki göstəricini aşıb və 3,4 milyard ABŞ dollara bərabər olub.
RF XİN nümayəndəsi deyib: “2021-ci ildə ölkələrimiz arasında qarşılıqlı əmtəə dövriyyəsi COVID-19 pandemiyasından əvvəlki göstəricini aşıb və rekord məbləğə - 3,4 milyard ABŞ dollarına çatıb. Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşlarından biri olaraq qalır və Azərbaycandan neft məhsulları idxal edənlər arasında birinci yeri tutur. Biz mövcud kontrakt razılaşmalarının həyata keçirilməsini davam etdirəcək və yeni investisiya layihələrini reallaşdıracağıq”.