Yanvar-mart aylarında dəniz limanlarında 2 milyon 518,3 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 2 milyon 371,8 min tonunu və ya 94,2 faizini tranzit yüklər təşkil edib. Aprelin 1-nə limanlarda qalan yüklərin həcmi 54,4 min ton olub.
Üç ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 18,7 faiz azalaraq 2,6 min nəfər təşkil edib.