Mənzil bazarında qiymət indeksi artıb

2022.04.22 16:31 (UTC+04:00)

Cari ilin I rübündə mənzil bazarında qiymət indeksi 2021-ci ilin IV rübü ilə müqayisədə 101,3 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövr ərzində ilkin mənzil bazarı üzrə qiymət indeksi 101,7 faiz, təkrar mənzil bazarı üzrə isə 101,3 faiz olub.