Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,1 faiz təşkil edib

2022.04.22 14:28 (UTC+04:00)

Cari ilin mart ayında əvvəlki ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100,1 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 100,7 faiz, heyvandarlıq məhsulları üzrə 99,6 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin fevral ayı ilə müqayisədə meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi 100,8 faiz olub.