Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

2022.04.22 12:15 (UTC+04:00)

Birinci rübdə Azərbaycandan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələr sırasında Türkiyə, Rusiya, Gürcüstan, İsveçrə və ABŞ qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, yanvar-mart aylarında Türkiyəyə 255,2 milyon dollar, Rusiyaya 149,4 milyon dollar, Gürcüstana 47,4 milyon dollar, İsveçrəyə 33,2 milyon dollar, ABŞ-a isə 28,8 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.