Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,62 dollar azalaraq 106,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,51 dollar ucuzlaşaraq 102,28 dollar olub.