2022-ci ilin I rübündə vergi orqanlarına 64.405 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,9% azdır. Daxil olmuş müraciətlərdən 90,5%-i ərizə, 9,4%-i şikayət, 0.1%-i təklif olub. 46 müraciətin icrası xüsusi nəzarətə götürülüb.
Yanvar-mart ayları ərzində baxılmış müraciətlərdən 68,3%-i tam və ya qismən həll olunub, 28,7%-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunvericiliyə uyğun qaydada qərarlar qəbul edilib.
2022-ci ilin I rübü ərzində Dövlət Vergi Xidmətinin Aparatında ümumilikdə 81 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı vətəndaşların müraciətlərinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həll edilməsi mümkün olmayan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.