Yanvar-mart aylarında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 608,2 kiloqramı qızılın payına düşüb.
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 221,3 kiloqram az olub.
Bu il aprelin 1-nə olan vəziyyətə əsasən, 210,8 kiloqram hazır qızıl ehtiyatı var.