Rusiya şirkətlərinə ixrac və idxal əməliyyarları üçün hesablaşmaları ktiptovalyuta ilə aparmağa icazə verilə bilər. Bu cür əməliyyatları həyata keçirmək üçün kriptovalyutanı yalnız kriptobirjalarda alıb-satmaq mümkün olacaq.
Maliyyə Nazirliyinin hazırladığı “Rəqəmsal valyuta haqqında” qanun layihəsi ilə bağlı qeydlərə uyğun olaraq Federal Vergi Xidməti (FVX) təşəbbüs irəli sürüb. FVX Maliyyə Nazirliyinə qanun layihəsini aşağıdakı müddəa ilə tamamlamağı təklif edib: “Hüquqi şəxslərə xarici tiqarət müqavilələri əsasında malların, işlərin və xidmətlərin ödənişlərini və xarici şəxslərdən alınan ödənişləri rəqəmsal valyuta ilə aparmağa icazə verilir”.
Ekspertlər belə hesab edirlər ki, bu təşəbbüsün həyata keçirilməsi Rusiyanın kriptovalyutanı qanuni ödəniş vasitəsi kimi tanıyan ölkələrlə ticarət əlaqələrini fəallaşdıra bilər. Rəqəmsal pul ticarət əməliyyatlarının dollar və avro ilə aparılmasına imkan olmadığı şəraitdə hesablaşmaların optimallaşdırılması üçün istifadə ediləcək.