Bu ilin üç ayında 1000-dən çox gənc özünüməşğulluq proqramına cəlb edilib

2022.04.21 14:03 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramında gənclərin də iştirakına üstünlük verilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, son 3 ayda 1000-dən çox gənc özünüməşğulluq proqramına cəlb edilib.

Onlar istehsal, xidmət və kənd təsərrüfatı sahələri üzrə proqramda iştirak üçün qeydiyyata alınıb və təlimlərə cəlb olunublar. Təlimləri uğurla bitirənlərin aktivlərlə təminatı həyata keçirilir.

Qeyd edək ki, ötən il də 4300-dək gənc özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik bizneslər yaradılıb.