Əsas kapitala yönəldilmiş vəsaitin 31,6 milyon manatı informasiya və rabitə sahəsinə xərclənib

2022.04.21 13:16 (UTC+04:00)

Yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 1,3 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitin 31,6 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 30,6 milyon manatı rabitənin payına düşüb.