Birinci rübdə dəniz nəqliyyatı ilə 163,3 min ton yük daşınıb

2022.04.21 12:35 (UTC+04:00)

Yanvar-mart aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 163,3 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 261,8 milyon ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, üç ayda dəniz nəqliyyatı ilə ixrac olunan 15,6 min ton yükün dəyəri 11,4 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 147,6 min tondan çox, dəyəri isə 250,3 milyon dollar olub.