Ticarət şəbəkəsində istehlakçılara 6,2 milyard manatlıq ərzaq, içkilər və tütün məmulatları satılıb

2022.04.21 12:00 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 11 milyard manatlıq, o cümlədən 6,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları satılıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 faiz artıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 206,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları alıb.