Naxçıvanda nağdsız ödənişlərin həcmi 37 faizdən çox artıb

2022.04.21 11:34 (UTC+04:00)

Bu ilin aprel ayının 1-nə Naxçıvan Muxtar Respublikasının banklarında açılan bank hesablarının sayı 196 087-yə çatıb ki, bunun da 191 501-i və ya 97,7%-i aktiv hesablardır. "APA-Economics"in məlumata görə, bu ilin ilk üç ayında açılan 14 009 bank hesabının 14002-si aktiv hesablar olub.

Rüb ərzində aparılan nağdsız ödənişlər 38,924 mln. manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 37,3% çoxdur. Muxtar respublikada quraşdırılan POS-terminalların sayı 1 aprel 2022-ci il tarixə 1548 ədəd təşkil edib.