Azərbaycana gələn əcnəbilərin sayı artıb

2019.04.16 18:14 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin növbəti "İxrac icmalı"na əsasən, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 364,2 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib və həmin göstərici 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3 faiz artıb. 2019-cu ilin ilk iki ayı ərzində Azərbaycana gələn əcnəbi vətəndaşların bank kartları vasitəsilə apardıqları əməliyyatların dəyəri 173,6 milyon manat təşkil edib, fevral ayında isə bu göstərici 85,3 milyon manat olub.