Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"Qırğız Respublikasının Prezidenti cənab Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində işgüzar dairələrin nümayəndələri ilə görüşündə ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının, biznes və investisiya sahəsində əlaqələrin gücləndirilməsi ilə bağlı səmərəli müzakirə aparıldı". - deyə nazir qeyd edib.