Avropa İttifaqı-Azərbaycan Biznes Forumu keçiriləcək

2022.04.20 15:55 (UTC+04:00)

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin yaydığı məlumatda bildirilir ki, Biznes Forum Nümayəndəlik tərəfindən COWI Belçika, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, İtaliya-Azərbaycan Ticarət Palatası, InvestBaku və AZPROMO ilə birgə mayın 17-də təşkil olunacaq.

Aİ-Azərbaycan Biznes Forumu Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlərə səmərəli əlaqələr qurmaq, fikir mübadiləsi imkanı yaratmaq, həmçinin iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək və bu sahədə maarifləndirməni artırmaq üçün illik beynəlxalq tədbirdir.