Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında , Hesablama Palatanın ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı sədr Vüqar Gülməmmədov kənd təsərrüfatına ayrılan subsidiyalardan danışıb: “Növbəti ayda kənd təsərrüfatına ayrılan subsidiyalarla bağlı auditin keçirilməsi planlaşdırılır”.
Qeyd edək ki, fermerlər subsidiyalardan yararlanmaqla kənd təsərrüfatı üçün istehsal vasitələri, o cümlədən mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər, həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına və qurulmasına sərf edə bilərlər.