Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin birinci rübü ərzində 6955 şəxsə əlillik təyin edilib. Onlardan 3037-nə ilkin, 3918-nə təkrar əlillik təyinatı aparılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin dövrdə əlillik təyin edilənlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çoxdur.
Təyinatlar tibb müəssisələri tərəfindən “Əlillik” altsisteminə daxil edilən göndərişlər əsasında, obyektiv və şəffaf şəkildə, göndərişlərdəki diaqnozların əlillik dərəcəsi təyin edilməsinə əsas yaratması nəzərə alınmaqla həyata keçirilib.
Əlillik təyin edilmiş hər bir şəxsə əlilliyə görə sosial ödənişlərin də e-sistem üzərindən proaktiv qaydada təyinatı aparılıb.