Dünya bankı dünya iqtisadiyyatının 2022-ci il üçün artım proqnozunu aşağı salıb

2022.04.20 13:37 (UTC+04:00)

Dünya Bankının yeni proqnozuna əsasən, 2022-ci ilin yekunlarına görə dünya iqtisadiyyatındakı artımın 3,2 faiz olacağı gözlənilir. Bundan əvvəl bank bu göstəricinin 4,1 faiz olacağını proqnozlaşdırmışdı. Təşkilatın rəhbəri Devid Milpass bildirib ki, artım tempi Ukraynadakı münaqişəyə, koronavirusla bağlı Çindəki yeni qadağan tədbirlərinə, enerji daşıyıcılarının, gübrələrin və ərzaq məhsullarının bahalaşmasına, eləcə də faiz dərəcələrinin artmaq ehtimalına görə aşağı düşəcək.

Qeyd edək ki, aprelin ilk yarısında Dünya Bankı Ukraynadakı münaqişə fonunda Avropa və Mərkəzi Asiya iqtisadiyyatının inkişafına dair proqnoza yenidən baxmışdı. Bankın son qiymətləndirmələrinə görə, regionun iqtisadiyyatında 4,1 faiz azalma olacaq.