Fermerlərə subsidiya ödənişləri həyata keçirilib

2022.04.19 16:56 (UTC+04:00)

Aprelin 19-da Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən payızlıq əkinlərə görə 44 min 423 fermerə ümumilikdə 21,660 mln. manatdan çox subsidiya ödənişi həyata keçirilib. Məlumata görə, bu gün ödənilən subsidiyalar 111 572 hektar əkin sahəsini əhatə edir.
Beləliklə, 2021/2022-ci il üçün ümumilikdə 880 092 hektar əkin sahəsi üzrə 277 min nəfərdən çox fermerə payızlıq əkin subsidiyası ödənilib. Ödənişin ümumi miqdarı 173 365 mln. manatdan çoxdur.