Vergilər naziri Yevlaxda vətəndaşları qəbul edəcək

2019.04.16 15:19 (UTC+04:00)

Qəbula gəlmək istəyən vətəndaşlar 16-18 aprel tarixlərində 11 saylı Ərazi Vergilər Departamentinə, habelə Bərdə, Tərtər, Şəki rayonları və Mingəçevir şəhər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin "195-1" Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin [email protected] elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.