Yanvar-mart aylarında Neft Fondunun büdcə gəlirləri 3 milyard manata yaxın olub

2022.04.19 16:05 (UTC+04:00)

Cari ilin yanvar-mart ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcə gəlirləri 2 milyard 955,9 milyon manat, büdcə xərcləri isə 2 milyard 764,5 milyon manat təşkil edib.

Fonddan bildirilib ki, müvafiq aylar ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 616,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 845,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 5,8 milyon manat təşkil edib.