Üç ayda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,9 faizi sənaye sahəsinə sərf olunub

2022.04.19 14:12 (UTC+04:00)

Cari ilin yanvar-mart aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 48,9 faizi sənaye, 24,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 18,2 faizi tikinti, 2,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, sözügedən müddət ərzində bu vəsaitin 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 1,3 faizi informasiya və rabitə, 0,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 0,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla təhsil, peşə, elmi və texniki fəaliyyət, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi və istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.