Bu ilin yanvar-mart ayı ərzində Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard 757 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
Fonddan bildirilib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 2,2 milyon manat yönəldilib.