Sosial-iqtisadi islahatların müsbət nəticələri əhalinin sosial sığorta sistemində iştirakının genişlənməsi ilə yanaşı, sosial sığorta daxilolmalarının davamlı artımına da şərait yaradıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə Dövlət Sosial Müdafiə Fonduna bu ilin ilk rübündə məcburi dövlət sosial sığorta daxilolmaları 152 milyon manat və ya 17 faiz artaraq 1 milyard 46,7 milyon manat təşkil edib.
Artım büdcə təşkilatları üzrə 13,4 faiz və ya 45,7 milyon, qeyri-büdcə təşkilatları üzrə 19,2 faiz və ya 106,3 milyon manat olub.